Bu günlərdə bir dostum yeni “Facebook app” yaradılması üçün mənə müraciət etmişdi. Lakin ilk öncə iş görəcək proqramçı və dizaynerin işlərini də görməsi yaxşı olardı demişdi. Əslində bu sahədə çox dostlarım var deyə, ilk öncə Knyaz Yaqublu ilə əlaqə saxladım. Knyaz mənə həm qrafik, həm Facebook app, həm də sayt işlərini təqdim etdi. Lakin mənə maraqlı gələn bu gözəl işlər deyil, Azercell şirkətinin “Şaxta Baba” tətbiqi üçün hazırlanmış, mənə çox xoş gəlmiş dizaynı gördüm. Tez Azercell şirkətinin Facebook səhifəsinə daxil olaraq, orada olan dizayna baxdım. Çünki oyuna birinci dəfə baxanda, elə bil orada olan dizayn, Knyazın mənə göndərdiyi dizayndan fərqlənirdi. Və… Orada başqa bir dizayn gördüm. Maraqlı gəldiyi üçün Knyaza müraciət edib, bu işi bizim üçün “Sample” olaraq gördüyünü soruşdum. Qeyd etdi ki, bu dizayn Azercell şirkətinin “Şaxta Baba” oyunu üçün hazırlanmışdı, lakin CREATE şirkəti tərəfindən qəbul edilməyib. Hər iki dizaynı sizə təqdim etmək istəyirəm. Sonra isə bu 2 dizayn arasında hansının daha gözəl, hansında isə səhvlərin çox olmasını müqayisə edəcəyik. Şəkilləri böyütmək üçün üzərinə toxunun.

CREARE şirkətinin yaradıcısı Ayaz bəy ilə keçən ayın sonları söhbət edərkən səhv etmirəmsə bildirmişdi ki, soldakı dizayn Azercell şirkətinin 2012-ci ilin dekabr ayının son günləri “Şaxta Baba” Facebook app-ında istifadə edilib. Sağdakı isə Knyaz bəyin ilkin hazırladığı prototipidir.
Bu şəkilləri müzakirə etmək üçün bir neçə dizaynerə müraciət etdim. Onlardan ikisinin bu gecənin çağı vaxtları olduğu üçün mənə bu araşdırmada kömək etdilər. Hər iki dizaynı şərh edən dizaynerlərə bu şəkili göndərərkən, işin kimin etdiyini demədim ki, müzakirə tam obyektiv olsun. Çünki Bakı kiçik şəhərdir və hamı bir-birini tanıyır. Səs verən insanların kim olduğunu da gizlətməli olacam, çünki mənim bu araşdırmamdan sonra, hər iki işi görən dizayner – onların işini müzakirə edənlərdən inciyə bilərlər. Amma tam yazdıqlarını copy edib sizə təqdim edirəm:
Birinci dizayner:

Birinci dizaynerimizin öz şərhlərini birbaşa şəkilin üstündə etməsindən, onları bir daha burada yazı şəklində qeyd etmirəm. Şəklin üzərinə toxunaraq böyüdüb oxuya bilərsiniz. Bir də, birinci dizayner soldakı app-ın footer-ini (aşağı hissəsini) ilkin versiya müqaisə şəkili göndərdiyimdən şərh edə bilməyib. Amma sonra qeyd etdi ki, soldakı dizaynda footer çox bərbad vəziyyətdədir.
Deməli, birinci dizaynerin nəticəsinə görə, hər iki dizaynda səhvlər var. Amma, sağ tərəfdə prototip şəklində hazırlanmış dizayn bir qədər uğurlu alınıb.
İkinci dizaynerimiz hər bir işi ayrılıqda şərh edib, mətn şəklində təqdim etdiyinə görə, ilk olaraq şəkil, sonra isə həmin şəkilə uyğun müzakirəni sizə təqdim edirəm:

İkinci dizaynerin soldakı iş haqqında ümumi rəyinin hansı sözlərlə qeyd edildiyini yazmayacam :)) Sadəcə yuxarıda gördüyünüz nömrələməyə görə şərhləri təqdim edirəm:
Sol şəkildəki dizaynın kompozisiyası çox qarışıqdır və harmoniya yoxdur.
1) “Şaxta Baba” sözündə ist. olunan şrift uğursuzdur. “Ş” hərfi çox eybəcər görünür. Hansısa qaldırıcı krana bənzəyir.
2) Şaxta Babanın əlindəki torbası qara rəngdədir. Və clipart kəsildiyi üçün onun torba yoxsa, kəndir ya da nəsə əndrəbadi bir şey olduğu anlaşılmır. Və Azercell-in guidliness-na uyğun şirkətin rəsmi rəngləri düzgündür mu (RGB)? Və nəyə görə Şaxta Baba pink libasdadır?
3) İstifadə olunan şrift çox uğursuzdur. Əgər infoqrafika əl ilə çəkilmişdisə “Hədiyyələr” də handletter ola bilərdi.
4) Çəhrayı fonda çəhrayi rəngli şəkil istifadə olunub (datakart(?)) və Outer Glow effekti ilə obyekti fondan ayırmaq istəyib. Əvvələ bu effekt DƏBDƏN DÜŞÜB!!! Ardınca isə belə düzgün deyil!
5) Bu nə eybəcər shape-dir? )))
6) Arial-dan bezmədiniz?
7) Tənha yolka ağacı…
8) Bu şam ağacı (yolka) bəzəklərinin taxtanın üstündə nə işi var??
9) Daha səliqəli ola bilərdi!
10) Şirkətin Logotype-ı guedliness-dakı kimi yerləşdiyinə əminsiniz?
Sağ tərəfdəki dizayn bir az normaldır, amma super deyil.
Sağ şəkildəki dizayna iradlar:
1) “Şaxta Baba” olan panel nə üçün digərlərindən fərqlidir (əgər bu clickable düymədirsə bunu preview-da əl ikonası ilə göstərmək lazımdır) Belə aydın deyildir.
2) 15 və Xallarınız – 15 Xallarım var…! Düzgün ifadə deyil!
3) İstifadəçi Şərtləri yerinə sadəcə “Şərtlər” olsa idi, kifayət idi. Aydındır ki, oyunu(?) Şaxta Baba oynamayacaq!
4) Bu 3 nəyin göstəricisidir? Atalar 3dən deyib?!
5) Düzgün deyil!
6) ”Hədiyyələri seç” və “Dostlarını seç” panelində göstərici oxla yazı arasında məsafə eyni deyil.
7) Hədiyyələr elan olunan panel səliqəsizdir.
8) Dizayn daha diqqətlə işlənə bilərdi. Belə ki, panellər align*-i fikir verilməmişdir.
*Dizaynerlərin istifadə etdiyi jarqonlardır. Yaxşı dizayner bilir söhbət nədən gedir.
Bu qədər.
Gecənin bu vaxtı bloqumda araşdırma üçün vaxt tapıb öz fikirlərini bildirdikləri üçün hər ikisinə təşəkkür edirəm. Digər dizayner dostlarımı Facebook-da online tapa bilmədim deyə, onların fikirlərini öyrənə bilmədim. Amma əgər hər hansısa bir bilikli, kreativ dizaynerlərimiz öz fikirlərini deyə bilərlərsə, farxadus@gmail.com ünvanına hər iki şəkilə uyğun rəy göndərə bilərlər. Bu postu update edib, birbaşa yerləşdirərəm.
Deməli, hal-hazırda şərh etmiş hər iki dizaynerin nəticəsinə görə sağ tərəfdə ilkin versiyada prototip şəklində hazırlanmış versiya, 2012-ci ilin dekabr ayında Azercell şirkətinin Facebook səhifəsində olan versiyadan daha keyfiyyətli hazırlanıb. Amma sağdakı dizayn üzərində işləyib usability bir azda maksimum səviyyəyə çatdırılsa idi, daha gözəl olardı.
Bu ilan ilində sizin üçün bu stildə araşdırma aparılmış yazılar hazırlayacam. Hətta yadıma düşür ki, GDG Baku və Barama`nın birgə təşkil etdiyi “Baku TechTalks” görüşündə, dizayn mövzusu olarkən, dizaynerlərin köməyilə bir neçə saytın dizaynını birlikdə müzakirə etmişdik. Bloqumu oxumaqda davam edin! :)
Onu da deyim ki, bu ildən 14 ölçülü şrift ilə yazmaq qərarına gəldim ki, gözünüz ağrımasın.
Əlavə: Yazdığım bloq yazısı haqqında fikirlərini CREATE şirkətinin gənc direktoru Ayaz Quliyev öz twitter səhifəsində belə bildirib:
Bildirim ki, mənə MiFi və digər qurğuları, Azercell şirkətindən təqdim ediblər. Eləcə də, məndən başqa bu modem weboxu.com redaktoru Şaiq Muradovada verilib. Bizə bu cihazların verilmək səbəbi, qurğunun satışa buraxılmadan yazılı və video icmalını hazırlamaq üçün olub. Hazırladığımız icmallar isə Azercell şirkətinin rəsmi Facebook səhifəsində dəfələrlə paylaşılıb.
Yəni əgər bloqçu və şirkət arasında bu cür yüksək təqdirli işlər görülürsə, digər insanlar tərəfindən bu “dilənçilik” adlandırılırmış. Hətta təmənnasız olaraq! Maraqlı olarsa qeyd edim ki, hal-hazırda Azercell şirkətinin mənə təqdim etdiyi MiFi modem, mobil operatorun əməkdaşlıq etdiyi InfoCity jurnalının redaksiyasındadır. Əgər kimsə test etmək istəsə, sevə-sevə təqdim edə bilərik. Ayaza isə tvitterdə sözlərinə diqqət yetirməsi haqqında xəbərdarlıq etdim. Çünki mənim uşaqlara təhqir yazmağa həvəsim yoxdur.
Update 2: Soldakı dizayn müəllifinin adını biznes işlərində problem yaratmaması üçün yığışdırdım.